Yol kənarlarında ət kəsənlərə xəbərdarlıq

Səbail rayonunda qeyri-qanuni heyvan kəsimi məntəqələrində reydlər keçirilib.

Ucnoqta.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunmuş reydlərdə Səbail Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Reyd zamanı satışda olan ətlərin üzərində möhürlərin olmadığı və bəzi kəsim məntəqələrində isə mənşəyi bilinməyən heyvan əti aşkarlanıb. Qeyri-qanuni fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinin sahiblərinə sonuncu dəfə xəbərdarlıq edilib, bu fəaliyyətin təkrarlanacağı təqdirdə inzibati qaydada tədbirlərin görüləcəyi bildirilib.

Yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Tarix
24 İyun 2019 [17:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-24 17:30:14
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin