Abşeronda qəza: yaralılar var

14:19 - 24 İyun 2019 - HADİSƏ

Abşeron rayonu, Mehdiabad yolunda qəza baş verib.

Hadisə Gənclər şəhərciyi yaxınlığında baş verib.
İki avtomobilin toqquşması nəticəsində 34 yaşlı Əliyev Elvin, 62 yaşlı Allahverdiyev Təhmasib və 27 yaşlı Kərimov İdris yaralanıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, yaralılar təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb:

“Həkim müayinəsi zamanı yaralılardan 34 yaşlı E.Əliyevə sol diz oynağının travması, 62 yaşlı T.Allahverdiyevə alt dodağın kəsilmiş yarası, İ.Kərimova isə qapalı kəllə-beyin və gözün travması diaqnozu qoyulub. Onların vəziyyətinin stabil olduğu deyilir”./oxu.az

Xəbər xətti