Bakı sakini avtomobillə qətl törədib

12:04 - 24 İyun 2019 - HADİSƏ

Bakıda 31 yaşlı kişi qətlə yetirilib.

 Xəzər rayonu, Buzovna qəsəbəsində 29 yaşlı Murad Baxşıyev mübahisə zamanı idarə etdiyi “VAZ 2107” markalı avtomobillə tanışı, 1988-ci il təvəllüdlü Əliyev Rəşad Zakir oğlunu qəsdən vuraraq qətlə yetirib.

M.Baxşıyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir./report

 

Xəbər xətti