Bakıda çimərlikdə iki nəfər batıb

18:02 - 23 İyun 2019 - HADİSƏ

Bakıda dənizdə, qeyri-çimərlik ərazidə 2 nəfər çimərkən batıb.

Ucnoqta.az xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonunda dənizdə, qeyri-çimərlik ərazidə 2 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri batan şəxslərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitlərini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti