Bakıda məşhur geyim dükanında YANĞIN- VİDEO

11:08 - 23 İyun 2019 - HADİSƏ

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, FHN-nin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən X-Lady mağazasında yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.


Xəbər xətti