“Minsk 2019” II Avropa Oyunlarının ikinci günündə - iyunun 22-də Azərbaycan milli komandası ilk medalını qazanıb.
Trend-in məlumatına görə, komandamızın aktivinə birinci medalı akrobatika gimnastlarımız yazdırıblar. Qarışıq komanda yarışında mübarizə aparan Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi cütlüyü dinamik hərəkətlərdə 28,830 xal toplayaraq gümüş medala sahib olub.Bu yarışda qızıl medalı rusiyalı gimnastlar Viktoriya Aksenova və Kiril Startsev cütlüyü qazanıb. Bürünc medala Belarus təmsilçiləri Artur Beliakov-Volna Melnik layiq görülüblər.Qeyd edək ki, bədii gimnastika üzrə çoxnövçülük yarışlarında təmsilçimiz Zöhrə Ağamirova topla hərəkətlərdə 17,850, gürzlərlə hərəkətlərdə isə 19,225 xal toplayaraq, iki hərəkətin cəmində 37,075 xal toplayıb.