Xırdalanda naməlum piyadanı "Mercedes" vurub öldürdü

17:12 - 22 İyun 2019 - Xəbər

Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 22-də Xırdalan şəhəri ərazisində Balakən rayon sakini Fariz Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub.

Nəticədə həmin şəxs hadisə yerində ölüb.

Xəbər xətti