Bakıda nənəsini öldürən nəvənin MƏHKƏMƏSİ

16:25 - 22 İyun 2019 - Xəbər

Bakı Ağır Cinayətlər Məhkəməsində nənəsini öldürməkdə təqsirləndirilən Eldar Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.


"Ölkə.Az" xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi iyul ayının 3-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən il noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda baş verib. Həmin ünvanda yanğın baş verib. Saat 09:30 radələrində yanğın söndürüldükdən sonra həmin evdə yaşamış 1941-ci il təvəllüdlü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olan məlumat əsasında Bakı şəhər, Nəsimi rayon prokurorluqları və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb. Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti T.Axundovanın nəvəsi, 1994-cü il təvəllüdlü E.Əfəndiyevin törətdiyi müəyyən olunub və tutularaq istintaqa cəlb olunub. 

Xəbər xətti