Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb

13:22 - 22 İyun 2019 - HADİSƏ

Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyunun 22-də Xırdalan şəhəri ərazisində Balakən rayon sakini Fariz Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub.
Nəticədə həmin şəxs hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./report

Xəbər xətti