Parisin mərkəzində yanğın baş verib, ölən və yaralanan var

12:18 - 22 İyun 2019 - DÜNYA

Parisin mərkəzində şənbə günü səhər saatlarında çoxmənzilli binada yanğın baş verib, 3 nəfər ölüb, 28 nəfər yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Parisin XI dairəsində baş verib.

Yanğınsöndürənlərin məlumatına görə, 1970-1980-ci illərdə tikilmiş kiçik bir evdə səhər saatlarda yanğın baş verib. Zərərçəkənlərdən birinin vəziyyəti ağırdır, 27 nəfər yüngül yaralanıb.

Franceinfo radiostansiyası bildirib ki, yanğın nəzarət altına götürülüb, lakin tamamilə söndürülməyib. Hadisə yerində yanğınsöndürənlər və polis işləyir.

Yanğının səbəbi hələlik məlum deyil. 

 

Xəbər xətti