Ağcabədidə 40 ha bicilmiş taxıl sahəsi yanıb

12:15 - 22 İyun 2019 - HADİSƏ

Ağcabədi rayonunda 40 ha bicilmiş taxıl sahəsi yanıb. Bu barədə Trend-ə FHN-dən məlumata verilib.

Məlumata görə, bundan başqa, 10 ha sahədə quru ot da yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xəbər xətti