"Azercell" yeni loqosunu təqdim etdi- Foto

22:55 - 21 İyun 2019 - Xəbər

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" MMC yenilənmiş loqosunu təqdim edib.

Ucnoqta.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən təqdimetmə mərasimində şirkət rəhbərliyi, tanınmış ictimaiyyət nümayəndələri, deputatlar, media nümayəndələri iştirak edirdilər.

Tədbirdə iştirak edən qonaqlara məlumat verən şirkət prezidenti Vahid Mürsəliyev qloballaşan dünyada hər zaman yeniliyə dəyişikliyə ehtiyac olduğunu bildirdi: “Yeni brend yeni dövr, yeni strategiya deməkdir. Hər zaman dünyada yeniliklər baş verir, dəyişiklik həyata keçirilir. Texnologiya isə daha sürətlə inkişaf edir. Bu dəyişikliklərə uyğun olaraq biz də dəyişməli, daha da inkişaf etməliyik”- deyə o çıxışında vurğuladı.

Vahid Mürsəliyev daha sonra şirkətin həyata keçirdiyi layihələr barədə qısa məlumat verərək, ölkədə qeyri-neft sektorunda öncüllərdən olduğunu qonaqların diqqətinə çatdırdı.

Daha sonra "Azercell Telekom" MMC-nin yeni loqosu təqdim edildi.

Xəbər xətti