Gəncədə yaşayış binası yanıb

17:04 - 21 İyun 2019 - HADİSƏ

Gəncədə yaşayış binası yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının ümumi sahəsi 1500 kv.m olan dam örtüyünün yanar konstruksiyaları 250 kv.m sahədə yanıb.

Yanğın zamanı 7 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti