Kibrit fabrikində yanğın: 30 ölü

14:41 - 21 İyun 2019 - HADİSƏ

İndoneziyada kibrit fabrikində güclü yanğın çoxsaylı insanın həyatına son qoyub. İndoneziyanın Şimali Sumatra əyalətində kibrit fabriki kimi istifadə olunan evdə baş verən güclü yanğın nəticəsinə 30 insan həyatını itirib. Fəlakətlərin aradan qaldırılması üzrə yerli agentliyin nümayəndəsi ölənlər arasında uşaqların da olduğunu bildirib. Yanğın baş verən evin sahibəsi evi dörd ildən artıqdır ki, yerli iş adamlarından birinə icarəyə verdiyini bildirib. (APA)

Xəbər xətti