Paytaxtın bu küçələrində rənglənmə işləri aparılacaq. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Ucnoqta.az verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Namiq