Petr Çex "Çelsi"yə qayıdıb

12:53 - 21 İyun 2019 - İDMAN

Çexiya millisinin sabiq qapıçısı Petr Çexə İngiltərənin "Çelsi" klubuna qayıdıb. O, London təmsilçisində texniki məshələtçi vəzifəsini yerinə yetirəcək. Təcrübəli qolkiper klubun futbol məsələləri ilə bağlı məsləhətlər verməli, akademiya komandaları arasında güclü əlaqə yaratmalı və müxtəlif şöbələr səmərəli şəkildə işləməsini təmin etməlidir. Qeyd edək ki, Petr Çex 2004 - 2015-ci illərdə "Çelsi"də çıxış edib. O, karyerasını Londonun digər komandası "Arsenal"da başa vurub. Bakıdakı Avropa Liqasının finalı onun son oyunu olub. Həmin görüşdə "Arsenal" "Çelsi"yə 1:4 hesabı ilə uduzub. ("Report")

Xəbər xətti