Rusiya "Proton-M" raketinin buraxılışını təxirə saldı

11:21 - 21 İyun 2019 - Xəbər

Baykonurda "Proton-M" raketinin bu gün üçün nəzərdə tutulan buraxılışı təxirə salınıb.

Trend-in məlumatına görə, "Roskosmos" raketin buraxılışını 1 sutka müddətinə ləngidib. Raketin bu gün gündüz yerli vaxtla saat 15:17-də səmaya buraxılacağı nəzərdə tulmuşdu.

Məlumata görə, raket buraxılışa hazırlanarkən son anda nəzərə alınması vacib olan düzəliş ortaya çıxıb.

Xəbər xətti