Bu gün saat 04:05 radələrində Bakı-Qazax yolunun 18-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Oxu.Az-ın redaksiyasına göndərilən məlumatda bildirilir. Məlumata əsasən, arxadan gələn “Opel” markalı avtomobil “Shacman” markalı yük maşınına dəydikdən sonra sürücünün idarəetməni itirməsi nəticəsində yük maşını körpünün dayaqlarından birinə çırpılıb.
Xəsarət alan yoxdur.