Yaponiyada hərbi helikopter qəzaya uğrayıb.
Yaponiya Quru Qüvvələrinin "UH-1" çoxməqsədli helikopteri Tokio preferkturasının qərbində yerləşən Taçikava hərbi aerodromuna enərkən qəzaya uğrayıb. Məlumata əsasən, göyərtədə olan iki nəfərin heç biri xəsarət almayıb.
Enmə zamanı yerə çırpılan helikopterin quyruq hissəsi qopub./trend