Ramil Usubov vəzifəsindən azad edilib

17:55 - 20 İyun 2019 - Xəbər

Prezident İlham Əliyev Ramil Usubovla bağlı sərəncam verib.

Sərəncama əsasən R. Usubov Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilib.

Prezidentin digər sərəncamı ilə R. Usubov Daxili İşlər naziri vəzifəsindən azad edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin digər sərəncamı ilə Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Digər sərəncamla Vilayət Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib. 

Xəbər xətti