Maqnit qasırğasının səviyyəsi açıqlandı

Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Məlumata görə, Günəş diski ləkəsizdir və koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmayıb.

Qeyd edilir ki, 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb. Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun zəifləmə müşahidə olunub. Günəş küləyinin sürəti 325 km/san qeydə alınıb. Ümumi maqnit sahəsi hesabat dövründə 3-5 nT intervalında qiymət alıb. Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınıb.

Bildirilir ki, proqnoz dövründə (20 - 22 iyun) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (20 - 22 iyun) Günəş küləyi sürəti artdığından yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (20 - 22 iyun) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə (20 - 22 iyun) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır (Kp=1,2). Maqnit qasırğasının yaranması ehtimalı 1%-dən aşağı qiymətləndirilir.

Tarix
20 İyun 2019 [16:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-20 16:06:08
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin