Ana səhifə Mobil versiya
16 Sentyabr 2019

Ac ayı şəhərdə qorxu yaratdı - VİDEO

Sibirdə 40 ildən artıq bir müddət sonra ilk dəfə bir qütb ayısı şəhərə girib. “Qafqazinfo”nun “euronews” saytına istinadən verdiyi xəbərə görə, hadisə Rusiyanın şimalında yerləşən Norilsk adlı sənaye şəhərində qeydə alınıb.  Güman edilir ki, əldən düşmüş və sağlam olmayan heyvan yemək axtararkən təbii yaşayış sahəsindən 500 kilometr uzaqlaşaraq yolunu azıb. Ayını şəhər daxilində görən vətəndaşlar qorxu-həyəcan keçiriblər. Hadisədən sonra “Roev ruçey” parkının zooloqları qütb ayısını tutublar. Norilsk bələdiyyəsindən bildirilb ki, yırtıcı heyvan təhlükəsiz vəziyyətdədir. Zooloqların fikrincə, heyvanın sağlamlığı onu vəhşi təbiətə buraxmağa imkan vermir, buna görə də o, Krasnoyarsk flora və fauna parkına yerləşdiriləcək.

Qeyd edək ki, buzların əriməsi qütb ayılarının qida əldə etmək imkanlarını məhdudlaşdırır. Onların çoxu aclıqdan və qida uğrunda apardıqları mübarizə zamanı tələf olurlar.

Belə ki, ABŞ-ın Vəhşi heyvanların və balıq resurslarının Mühafizəsi Xidmətinin mütəxəssislərinin bir neçə il öncə hazırladıqları hesabatda bildirilib ki, buzlaqların əriməsi səbəbindən 35 ildən sonra qütb ayıları tamamilə yox olacaq, onların planetimizdəki ümumi sayı 26 mindən 9 minə qədər azalacaq. Əgər bu azalmanın miqdarı çox olsa, onda ağ ayıların bütün növləri məhv olma təhlükəsi ilə üzləşəcək.








 
Tarix
20 İyun 2019 [12:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-20 12:16:14
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin