Diqqət! Bu ərazidə rənglənmə işləri aparılacaq

12:02 - 20 İyun 2019 - Xəbər

Paytaxtın bu küçələrində rənglənmə işləri aparılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinədən Ucnoqta.az-a istinadən xəbər verir ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli və Təbriz küçələrində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

Namiq

Xəbər xətti