Dünyanın ən təmizkar aviaşirkətləri - SİYAHI

11:51 - 20 İyun 2019 - DÜNYA

“Skytrax” beynəlxalq təşkilatın aviasiya xidməti üzrə qiymətləndirilməsinə görə dünyada ən təmizkar aviaşirkət Tayvanın “EVA Air” şirkətidir. “EVA Air” reytində “Japan Airlines” və “ANA All Nippon Airways” şirkətlərini qabaqlayıb. Siyahının 4-cü və 5-ci yerlərində müvafiq olaraq “Singapore Airlines” və “Asiana Airlines” aviaşirkətləri qərarlaşıb.

Bundan başqa, ən təmizkar aviaşirkətlərin reytinqinə “Hainan Airlines” (Çin), “Swiss International” (İsveçrə), “Cathay Pacific” (Honkonq), “Qatar Airways” (Qətər) və “Lufthansa” (Almaniya) daxil edilib.

Həmçinin, “Skytrax” 2019-cu ilin ən yaxşı büdcəsinə malik aviaşirkətlərin reytinqini dərc edib. Bu istiqamət üzrə Malayziyanın “AirAsia” şirkəti lider olub. Bundan başqa, “Skytrax” ən yaxşı hava yollarının siyahısını təşkil edib. Burada isə birinci yeri “Qatar Airways” şirkəti tutub. (Publika)

Xəbər xətti