Sona Əliyeva: “Prezident İlham Əliyev sosial rifahın yüksəldilməsi üçün davamlı tədbirlər həyata keçirir”

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin iqtisadi gücü artır, əhalinin sosial rifahı davamlı olaraq yüksəlir. Bunu Trend-ə Milli Məclisin deputatı Sona Əliyeva deyib. S.Əliyeva bildirib ki, ötən illər ərzində Azərbaycan iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətədavamlı ölkəyə çevrilib: "Ölkəmizin iqtisadi gücünün artması sosial müdafiə sisteminin gücləndirilməsində də özünü ehtiva edir. Belə ki, cənab Prezidentin müvafiq fərman və sərəncamları ilə insanların sosial rifahının yüksəldilməsi məqsədilə davamlı olaraq tədbirlər həyata keçirilir. Bu isə ölkəmizdə vətəndaş məmnunluğunu daha da artırır. Nəticədə Azərbaycan xalqı Prezident İlham Əliyevə böyük etimad göstərir, dövlət başçısının siyasətini birmənalı olaraq dəstəkləyir".

Deputat qeyd edib ki, dövlət başçısının müvafiq sərəncamlarına əsasən, minimum əməkhaqqı 250 manat müəyyən edilib, eləcə də müxtəlif kateqoriyalar üzrə çalışanların əməkhaqları artırılıb. Bu qərarlar ümumilikdə 2 milyondan çox insanı əhatə etməklə həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

S.Əliyeva əlavə edib ki, dövlət büdcəsində formalaşan əlavə gəlirlərin bilavasitə ölkə vətəndaşlarının sosial rifahına yönəldilməsi ölkənin kompleks iqtisadi inkişafı fonunda dövlət – vətəndaş etimad mühitini dərinləşdirməklə, aparılan sosial siyasətin alternativsiz olduğunu bir daha sübut edir.

Tarix
20 İyun 2019 [11:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-20 11:33:11
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin