Bakıda ölümlə nəticələnən yol qəzası olub

11:04 - 20 İyun 2019 - HADİSƏ

Bakıda ölümlə nəticələnən ağır qəza törədilib. Ucnoqta.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Zirə qəsəbə sakini Zaur Həsənovun idarə etdiyi 10-OT-987 dövlət qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobil yoldan keçən şəxsiyyəti məlum olmayan qadını vurub. Nəticədə qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər xətti