Bilgəhdə qadını avtomobillə vurub öldürən sürücü turistdir

10:54 - 20 İyun 2019 - HADİSƏ

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 58 yaşlı qadını avtomobillə vuraraq öldürən sürücünün şəxsiyyəti müəyyənləşdirilib. Ucnoqta.az-ın “Report”a istinadən xəbərinə görə, bu, Azərbaycana turist kimi gələn Rusiya vətəndaşı Anton Spiridonovdur.  A.Spiridonov idarə etdiyi “Audi” marklı avtomobillə 1961-ci il təvəllüdlü Rahilə Əhmədovanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti