Bakıda "BMW" "Volkswagen"lə toqquşub - VİDEO

07:35 - 20 İyun 2019 - HADİSƏ

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, avtoqəza Mirqasımov və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb. Bildirilib ki, "Volkswagen" markalı avtomobil Mirqasımov küçəsində hərəkətdə olub. Səməd Vurğun küçəsi ilə hərəkət edən "BMW" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobilini qarşıda hərəkət edən "Volkswagen" markalı nəqliyyat vasitəsinə çırpıb. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hər iki avtomobil cərimə meydançasına yerləşdirilib.

Xəbər xətti