ABŞ Ermənistana 40 milyon dollar yardım ayırdı

21:11 - 19 İyun 2019 - Xəbər

ABŞ Konqresi Ermənistana 40 milyon dollar yardımı nəzərdə tutan düzəlişi təsdiqləyib.

“Qafqazinfo” Ermənistan KİV-nə isitnadən xəbər verir ki, bu düzəliş Konqres üzvü Ceki Spiyer təklif edib. O, eyni zamanda Konqresdə erməni məsələləri üzrə komitənin həmsədridir.

Spiyer xarici yardım haqqında qanun layihəsinə düzəlişi 2020-ci fiskal ili üçün təklif edib. Onun bu təklifini ermənipərəst Frenk Pallone və Adam Şif də dəstəkləyiblər.

Xəbər xətti