Ərdoğan: “Mursi öldürülüb”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu dəfə Sancaqtəpədə vətəndaşlarla görüşüb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, prezident insanları bazar günü keçiriləcək İstanbul bələdiyyə seçkilərində aktiv olmağa səsləyib. Ərdoğan bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlunu Misir prezidenti Əbdülfəttah əs-Sisiyə bənzədib:

“Mursinin (Misirin keçmiş prezidenti Məhəmməd Mursi –red.) arxasınca danışılanları xatırlayın. CHP zehniyyəti onun taleyi ilə bağlı mənim haqqımda da fikir yürüdürdü. Mursi həbs olunanda “Ərdoğanın da aqibəti onun kimi olacaq” deyirdilər. Görək, bazar günü Sisi deyəcəyik, yoxsa Binəli Yıldırım? Məsələ bu qədər önəmlidir. Biz bu yola kəfənimizi geyinib çıxdıq. Qorxu əsla bizə yaraşmaz”.

Ərdoğan məhkəmə zalında dünyasını dəyişən Mursinin öldürüldüyünü deyib:
“Mursi məhkəmə zalında 20 dəqiqə yerdə çabalayır. Oradakı məsul şəxslər heç bir müdaxilə etmirlər. Mursi əcəli ilə ölməyib, öldürülüb. Mursinin vəsiyyəti vardı. Doğulduğu yerdə dəfn etmədilər. Çünki qorxurdular”.

Tarix
19 İyun 2019 [19:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-19 19:49:28
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin