Qarabağda aviamərmi partlayıb, erməni yaralanıb

19:33 - 19 İyun 2019 - Xəbər

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində aviamərminin partlaması nəticəsində Sarkisyan soyadlı bir erməni yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb. Bildirilib ki, yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Hadisənin detalları məlum deyil. 

Xəbər xətti