Azərbaycanda DƏHŞƏT -Ana və körpəsinə it hücum etdi

Bərdə rayonunun Mustafaağalı kəndində yaşayan Məmmədova Lalə Fəxrəddin qızı bədbəxt hadisə ilə üzləşib.

Ucnoqta.az sputnik.az-a istinadla xəbər verir ki, özlərinə məxsus həyətdə paltar yuyarkən qonşudan gələn it onun azyaşlı uşağına hücum edib. Körpəsini qorumaq üçün iti qovmaq istəyən ananın özü də heyvanın hücumuna məruz qalıb. Köməksiz vəziyyətdə olsa da, Lalə Məmmədova iti həyətdən qova bilib.

Ancaq, itin hücumu zamanı ana və onun körpəsi xəsarət alıb. Köpək ananın qollarını və ayaqlarını dişləyib. Körpə isə üz nahiyəsindən yaralanıb. Ana və körpəsi dərhal Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksinləniblər.

Onların vəziyyəti kafi qiymətləndirilir. Lalə Məmmədova və körpəsi evə buraxılıb.

Tarix
19 İyun 2019 [17:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-19 17:20:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin