Tovuzda notarius qarət edilib

13:50 - 19 İyun 2019 - HADİSƏ

Tovuzda notarius qarət edilib.

Hadisə ötən gecə qeydə alınıb. Rayonun Nizami küçəsində yerləşən notariusa qapını qıraraq daxil olan naməlum şəxslər oradan pul aparıblar. Baş vermiş hadisə ilə bağlı polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir./Apa

Xəbər xətti