Platini dindirilmə prosesindən DANIŞDI

12:18 - 19 İyun 2019 - Xəbər

Mişel Platini: "Mənə çoxlu suallar verdilər"

UEFA-nın keçmiş prezidenti Mişel Platini saxlanıldığı müddətdə uzun müddət sorğu-sual olunub. "Report"un məlumatına görə, bu barədə fransalı sabiq funksionerin özü açıqlamasında bildirib.

Platini deyib ki, dindirilmə prosesinin çox çəkməsi təbii haldır: "Bu, sualların çoxluğu ilə əlaqədar idi. Fərqli də ola bilməzdi. Mənə 2016-cı il Avropa və 2018-ci il dünya çempionatı ilə yanaşı FIFA-nın fəaliyyəti haqqında, PSJ və Qətər barədə müxtəlif suallar verdilər".

Qeyd edək ki, Mişel Platini UEFA-ya 2007 - 2015-ci illərdə rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası onu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza 4 ilə enib. AVRO-2016 Fransada, DÇ-2018 isə Rusiyada təşkil olunub. 

Xəbər xətti