Bakıda mənzildən içərisində külli miqdarda pul və qızıl olan seyf oğurlanıb

11:28 - 19 İyun 2019 - HADİSƏ

Bakıda mənzildən içərisində külli miqdarda pul və qızıl zinət əşyaları olan seyf oğurlanıb. 

DİN-in Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini mənzilindən içərisində 15.000 manat və 15.000 ABŞ dolları, habelə 40.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin və mobil telefonunun oğurlandığını bildirib.

Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Dəyanət Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar aparılır. 

Xəbər xətti