Klaviaturada son 25 ildə ilk dəfə yeni düymə olacaq

17:27 - 19 İyun 2019 - Xəbər

"Microsoft" şirkəti klaviaturalarında yeni "Office" düyməsinin quraşdırılması imkanını nəzərdən keçirir.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu klaviş istifadəçilərə yeni imkanlar, o cümlədən "Office"də sənədlərin və faylların sürətli mübadiləsi imkanını verəcək.

Yeni düymənin klaviaturanın sağ aşağı tərəfindəki "Microsoft" düyməsini və ya fərqləndirici menyu düyməsini əvəz edəcəyi gözlənilir.
Bu, baş verərsə, klaviaturada düymələrin yerində 1994-cü ildən bəri ilk dəfə dəyişiklik ediləcək.

Xəbər xətti