Bakıda maskalı şəxs evə basqın edərək qadını bıçaqlayıb

10:33 - 19 İyun 2019 - HADİSƏ

Bakıda evə basqın olub.

 Xəzər rayonu, Zirə qəsəbəsində yaşayan 55 yaşlı S.Süleymanovanın yaşadığı evə gecə saatlarında naməlum şəxs daxil olub. Maskalı şəxs ev sahibinə bıçaqla xəsarət yetirərək onun 600 manat pulunu götürərək hadisə yerindən qaçıb.

Zərərçəkənin vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti