Aztəminatlı ailələrə humanitar yardım göstərilib- Foto

16:55 - 18 İyun 2019 - Xəbər

“Azərsun Holdinq” Qurtuluş günü və Müqəddəs Ramazan bayramı münasibəti ilə sosial layihələr həyata keçirib.

Ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan və hər zaman Azərbaycanın sosial, mədəni, tarixi dəyərlərinə xüsusi həssaslıqla yanaşan “Azərsun Holdinq” Ramazan bayramı ilə əlaqədar müxtəlif sosial layihələr reallaşdırıb.

Bu layihələr çərçivəsində Şirkətlər Qrupu  “İçərişəhər” Muzey Mərkəzi ilə birgə Qala Qoruğunda yaşayan aztəminatlı ailələrin müqəddəs Ramazan Bayramını qeyd etməsi üçün onlara “Azərsun Holdinq” məhsullarından ibarət bayram sovqatı təqdim edib. Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində təşkil edilmiş görüşdə “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova sakinləri bayram münasibətilə təbrik edərək onlara bayram sovqatını təqdim edib.

Bundan əlavə, Şirkətlər Qrupunun nəzdində fəaliyyət göstərən Azərbaycan Duz İstehsalat Birliyi isə Masazır və Masazır gölü ətrafı kəndlərdə məskunlaşan aztəminatlı ailələrə maddi və mənəvi dəstək olmaq üçün öz istehsal etdiyi məhsullardan hazırlanmış bayram bağlaması çatdıraraq, onların Ramazan bayramını təbrik edib.

“Azərsun Holdinq” Qurtuluş günü ilə əlaqədar da müxtəlif sosial layihələr reallaşdıraraq ehtiyacı olan ailələrə humanitar yardım göstərib.
Qeyd edək ki, Dünyanın 40-dan artıq ölkəsinə məhsul ixrac edən “Azərsun Holdinq” müqəddəs Ramazan Bayramı ilə əlaqədar həm Bakıda, həm də ölkəmizin müxtəlif bölgələrində ümumilikdə minə yaxın ailəni bayram sovqatı ilə sevindirib.

Emin


Xəbər xətti