Qurban Qurbanov püşkün nəticəsini dəyərləndirib

18:52 - 18 İyun 2019 - İDMAN

Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsi üçün İsveçin Nyon şəhərində atılan püşkün nəticəsini dəyərləndirib.

O, Albaniya klublarının çox intizamlı oyun göstərdiyini bildirib: “Hər zamankı kimi, ciddi rəqiblə qarşılaşacağıq. Albaniya klubları çox intizamlı oyun göstərir. Bizi çətin qarşılaşmalar gözləyir. Bildiyim qədərilə, komandanı yeni baş məşqçi çalışdıracaq.

Bizim üçün tanış olmayan rəqib olacaq, keçən mövsümkü komanda ilə builki arasında fərq çox olacaq: həm məşqçi dəyişikliyi, həm də ola bilər ki, yeni transferlər. Həddindən artıq ciddi və diqqətli olmalıyıq”.

Xatırladaq ki, püşkatmanın nəticəsinə görə, “Qarabağ” Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq. Təmsilçimiz ilk oyunu səfərdə keçirəcək./oxu.az

Xəbər xətti