Milli Məclisdə yeni qanun hazırlanır

17:54 - 18 İyun 2019 - Xəbər

Milli Məclisdə “Pasiyentlərin hüquqlarının qorunması haqqında” qanun layihəsinin hazırlanması ilə əlaqədar işçi qrup yaradılıb.

Ucnoqta.az “Ölkə.Az” -a  istinadən xəbər verir ki, bu barədə qərar  Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında qəbul edilib.

İclasda bildirilib ki, hazırda pasiyentin hüquqları 1997-ci ildə qəbul olunan “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla tənzimlənir.

Lakin müasir tələblər nəzərə alınmaqla yeni “Pasiyentlərin hüquqlarının qorunması haqqında” qanun layihəsinin hazırlanması üçün Səhiyyə Nazirliyinin, Milli Məclisin Səhiyyə komitəsinin və İcbari Tibbi Sığorta Dövlət Agentliyinin üzvlərindən ibarət işçi qrupunun yaradılmasına qərar verilib.

Yeni qanun layihəsinin 2020-ci ilin yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir.

 

Xəbər xətti