Dəhşətli cinayətdə yaralananların son vəziyyəti - FOTO

Dünən Ağstafa rayonunun Böyük Kəsik kəndində baş verən qətl hadisəsində yaralananlardan xəbər var.

Cinayəti törədən şəxs - Elnur Süleymanovun ətrafa açdığı atəş zamanı xəsarət alan, 58 yaşlı Rəsul Həsənov, 56 yaşlı Lilpar Əhmədova, 20 yaşlı İbrahim Abdullayev, 68 yaşlı Nüsrət İsayev güllə yaraları ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına və Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Onlardan Rəsul Həsənov ambulator müayinə edilərək evə buraxılıb. Güllə onun ayağını sıyırıb. Lilpar Əhmədova isə Gəncə şəhərindəki özəl klinikalardan birinə göndərilib. Onun həyatı üçün təhlükə yoxdur, vəziyyəti kafidir. Sağ budundan güllə yarası alan İbrahim Abdullayev isə bu gün evə buraxılıb. Nüsrət İsayevin ayağına bir neçə güllə dəyib. Onun sol baldırı amputasiya edilib.

Sözügedən hadisənin ağırlıq dərəcəsi və geniş rezonans doğurması nəzərə alınaraq, eyni zamanda, cinayətin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlarından ibarət qrup artıq Ağstafa rayonuna ezam olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir./oxu.az

Tarix
18 İyun 2019 [17:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-18 17:42:25
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin