51 nəfərin öldürüldüyü teraktın görüntülərini paylaşana hökm oxundu

15:20 - 18 İyun 2019 - Xəbər

15 martda Yeni Zelandiyanın Kraystçerç şəhərində Əl-Nur və Lindvud məscidlərinə hücum nəticəsində 51 müsəlmanın öldürüldüyü teraktın görüntülərini feysbuk səhifəsində paylaşan və 30 dərnəyə göndərən biznesmenlə bağlı məhkəmə qərarı oxunub.

Yeni Zelandiyadan olan iş adamı Filipp Arps 21 ay müddətinə azadlıqdan məhrum edilib.  Hakim Stefen O'Driskol sözügedən şəxsin qorxunc görüntüləri paylaşarkən müsəlmanlara qarşı heç bir sevgi duymadığını, görüntülərin müsəlmanları narahat edəcəyini düşünmədiyini, onun bütün bunlara görə peşmançılıq hissi keçirmədiyini, dini, irqi ayrıserçkiliyə yol verdiyini bildirərək bu qərarı verdiyini bəyan edib.

Arpsın vəkili məhkəmənin qərarına etiraz edib./qafqazinfo

Xəbər xətti