İranda yeni aeroport terminalının açılışı olub

İran prezidenti Həsən Ruhani İmam Xomeyni aeroportunun "Salam" sərnişin terminalının açılışını edib.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, 55 min kvadratmetr ərazidə yerləşən "Salam" sərnişin terminalı İmam Xomeyni aeroportunda sərnişin sayını ildə 5 milyon nəfər artıracaq. Beləliklə, bu aeroportun illik sərnişin qəbulu 13 milyon nəfəri keçəcək.

"Salam" terminalının açılışından sonra beş il ərzində İranşəhr terminalının ilk fazasının istismara verilməsi ilə İmam Xomeyni aeroportunun sərnişin qəbulu 25 milyon nəfəri ötəcək.

Qeyd edək ki, "Salam" terminalının inşası və istifadəyə verilməsi üçün təxminən 7 trilyon rial (təxminən 166 milyon dollar) vəsait xərclənib.

Tarix
18 İyun 2019 [15:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-18 15:05:47
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin