Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş açıq Azərbaycan çempionatı keçirilib

14:33 - 18 İyun 2019 - Xəbər

"QUBADLI" idman klubu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş açıq Azərbaycan çempionatında iştirak ediblər.

İyunun 16-da İsmayıllı Olimpiya İdman Kompleksində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş VKC- növləri üzrə Azərbaycan Karate Do Federasiyasının təşkil etdiyi uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında açıq Azərbaycan çempionatı keçirilib.

Klub rəhbəri Akşin Hüseynovun verdiyi məlumata əsasən çempionat yüksək səviyyədə təşkil olunmuşdu. Çempionatda "QUBADLI" idman klubunun səkkiz idmançısı iştirak edərək iki qızıl, bir gümüş, beş bürünc qazanıblar.


Xəbər xətti