“Qarabağ” radikalizmə “yox” deyir

12:44 - 18 İyun 2019 - Xəbər

“Qarabağ” Futbol klubunun  üzvləri İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) və PH International təşkilatının dəstəyi ilə reallaşan “Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri” layihəsi çərçivəsində “Radikalizmə Yox”, “Bura Sənindir” şuarları ilə sport kamp keçiriblər.

Tədbirin əsas məqsədi gəncləri radikalizmə və radikal qruplara qoşulmamağa səsləmək və eləcə də muktikulturializm ideyalarını dəstəkləməkdən ibarət olub.
“Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri” layihəsinin eksperti Rəşad Həsənov bu kimi görüşlərin gənclər üçün əhəmiyyətli olduğunu vurğulayıb: “Məqsədimiz gəncləri radikalizasiyanın mənfi təsirlərindən qorumaq və cəmiyyətdə xüsusi nüfuza sahib olan şəxslərin həyat heyakələrindən yola çıxaraq ölkə gəncliyi üçün daha sağlam gələcəyin zəminlərini formalaşdırmaqdır. Bu baxımdan “Qarabağ” Futbol klubunun  üzvlərinin də belə layihələrə dəstək verməsi təqdirəlayiqdir”.

Tədbirdə gənclər ilə müzakirələr aparan komanda üzvləri idmanın və təhsilin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər. Eyni zamanda gəncləri idmanla məşğul olmağa təşviq etmənin faydalarını müzakirə ediblər.

Xəbər xətti