Qaradağda mikroavtobus və minik avtomobili toqquşub, 3 nəfər ölüb

18:32 - 17 İyun 2019 - HADİSƏ

Bu gün saat 18:00 radələrində Qazax-Bakı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Qaradağ rayonu ərazisində (Norm Sement Zavodu yaxınlığında) “Ford” markalı mikroavtobus və “Toyota Prado” markalı minik avtomobili toqquşub.  İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər həyatını itirib. 

Xəbər xətti