Sumqayıtda aptekdən oğurluq edən şəxs saxlanıldı - FOTO

15:55 - 17 İyun 2019 - HADİSƏ

Gecə saat 04:21 radələrində Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 2-ci mikrorayon ərazisində yerləşən apteklərdən birində oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə yerinə yaxınlaşan polislər aptekin qapısının sındırıldığını və bir nəfərin içəridə olduğunu görüblər. Həmin şəxs oğurluq etmək istəyən yerdə saxlanılaraq ərazi üzrə polis bölməsinə təhvil verilib.

Saxlanılan şəxsin aptekə oğurluq niyyəti ilə daxil olması və mühafizə polisləri tərəfindən saxlanılması obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. Tutulan zaman həmin şəxs polis əməkdaşlarına müqavimət göstərərək hadisə yerindən qaçmağa cəhd göstərsə də, onun bu niyyətinin qarşısı alınıb.

Polis bölməsində araşdırma zamanı oğurluq edən şəxsin Sumqayıt şəhər sakini Emin Nəzərov olduğu məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbər xətti