Sabirabadda manyak peyda olub

10:25 - 17 İyun 2019 - HADİSƏ

Sabirabadda sakinlərin ot tayalarını yandıran manyak peyda olub.

Hadisə Sabirabadın Nizamikənd kəndində cərəyan edir.

Kənd sakinlərinin sözlərinə görə, 4-5 gündən bir təxminən saat 22:23 radələrində ot tayaları yandırılır. Naməlum şəxs tərəfindən indiyə kimi 6 ot tayası yandırılıb.

Hətta evlərinin yandırılacağından ehtiyat edən sakinlər gecələr yatmayıb gözətçilik edirlər. Bir aya yaxındır kənd əhalisi belə vəziyyətdə yaşamaq məcburiyyətində qalıb.

Hadisə ilə bağlı polisə müraciət edildiyi bildirilir./oxu.az

Xəbər xətti