Şəkidə 14 yaşlı yeniyetmə özünü asıb

23:54 - 16 İyun 2019 - HADİSƏ

Şəkinin Oxut kəndində intihar hadisəsi qeydə alınıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Kənd sakini, 2005-ci il təvəllüdlü Elgün Kəmran oğlu Məmmədlinin meyiti yaşadığı evin həyətyanı sahəsində ağacdan asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. 14 yaşlı E.Məmmədlinin intihar etməsinin səbəbi məlum deyil.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti