Hindistanda anomal istilərdən 29 nəfər ölüb

14:59 - 16 İyun 2019 - Xəbər

Hindistanın Bihar ştatında bir aydır anomal istilər davam edir.

Trend-in "Times of India" qəzetinə istinadən verdiyi məlumata görə, anomal istilər nəticəsində ştatda azı 29 nəfər həlak olub. Bildirilir ki, 25 nəfər ştatın Auranqabad dairəsində, 4 nəfər isə Navada və Qaya dairələrində həlak olub.

Bundan əlavə anomal istilər nəticəsində 30-dan artıq insan xəstəxanaya yerləşdirilib.

Xəbər xətti